İnsanlara hürriyət, millətlərə istiqlal!

İran atəşkəsə razılaşdı – ABŞ və Qətərin vasitəçiliyi nəticə verdi

Musavat.com xəbər verir ki, Reuters agentliyi yüksək vəzifəli İran rəsmisinə istinadən bildirib: İran, ABŞ-ın Qətər vasitəsilə irəli sürdüyü atəşkəs təklifini qəbul edib.

Məlumata görə, bu razılaşma İsrail ilə İran arasında son günlər baş verən silahlı toqquşmaların dayandırılması məqsədi daşıyır və regionda gərginliyin azaldılması üçün mühüm diplomatik addım kimi dəyərləndirilir.

Rəsmi qeyd edib ki, atəşkəs şərtləri ABŞ tərəfindən Qətər vasitəsilə Tehrana ötürülüb və İran tərəfi həmin təklifi qəbul edib. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR