Onlayn ictimai-siyasi qəzet
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev Milli Şuranın 19 oktyabr 2019-cu il tarixli mitinqi barədə maraqlı mülahizə irəli sürüb.
Baş redaktorun ehtimalına görə, həmin aksiya Prezident Adminstrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin bu vəzifədən kənarlaşdırılmasının qarşısını almağa hesablana bilər.
![]()
Alqış Musayevin Facebook platformasında paylaşdığı həmin fikirləri təqdim edirik: "19 oktyabr 2019 -cu ildə özünü “Milli Şura” adlandıran müxalif kəsim Bakıda razılaşdırılmamış aksiya kecirməyə cəhd etdi...
3 gün sonra, 23 oktyabr 2019-cu ildə Ramız Mehdiyev Prezident Aparatından kənarlaşdırılıb, Sovet “KQB”sinin “arxa bağcası” sayılan Elmlər Akademiyasına göndərildi. Bu iki tarix arasında bağlılıq varmı? Əlahəzrət məntiq deyir ki, 19 oktyabrda Bakıda icazəsiz mitinq keçirmək istəyi Mehdiyevin 23 oktyabrda vəzifədən uzaqlaşıdırılmasını əngəlləməyə hesablanmışdı. Bu o vaxt idi ki, Azərbaycan Vətən müharibəsinə hazırlaşırdı. İlham Əliyev komandada təmizlənmə prosesini başlatmışdı".
![]()
Niyaməddin Orduxanlı
Ədalət Hüquq Demokratiya Partiyasının sədr müavini Niyaməddin Orduxanlı “Yeni Müsavat”a bildirdi ki, yazılanların dəqiq olması tamamilə mümkündür: “Milli Şura, Əli Kərimli həmişə həm daxilidən, həm də xaricdən sifariş alıb. Əli Kərimlinin bütün siyasi fəaliyyəti sifarişlərin icrası ilə əlaqəli olub. Milli Şura hələ yarananda Azərbaycan ictimaiyyətinə bəlli idi ki, bu qurum kənar qüvvələrin və ya xarici dairələrin təşəbbüsü ilə yaradılıb. Daha dəqiqi, Rusiyanın istəyi ilə yaradılmışdı. Deməli, Rusiyanın adamı olan Ramiz Mehdiyevin də Milli Şuraya sifariş vermək "hüququ" ilk vaxtdan olub. Milli Şura dəfələrlə Rusiyanın maraqlarına, eləcə də Ramiz Mehdiyevin marağına xidmət edən müxtəlif aksiyalar, mitinqlər keçirib. Bu qurumu idarə edən Əli Kərimlidir. Əli Kərimli isə xaricdən və daxildə Ramiz Mehdiyev kimi məmurlardan verilən sifarişləri yerinə yetirib. Sifarişlər sırasında mitinq keçirmək, görüntü yaratmaq da təbii ki, olub".
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
24 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ