Onlayn ictimai-siyasi qəzet
İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami "Sky News" telekanalına müsahibəsində ABŞ və İsrailin İranın nüvə obyektlərinə qarşı hücumlarına toxunaraq, zədələnmiş obyektlərin yenidən qurulacağını bəyan edib.
Musavat.com xəbər verir ki, o, beynəlxalq təzyiqlər və İsrailin təhdidlərinə baxmayaraq, bu obyektlərin bərpası üçün qətiyyətli olduqlarını vurğulayıb.
İran rəsmisi müsahibəsində bildirib ki, "obyektlərin hərbi hücum zamanı zədələnməsi və infrastrukturun məhv olması tamamilə təbiidir. Vacib olan, elm, bilik, texnologiya və sənayenin İran tarixindəki köklü yeridir".
Musavat.com
24 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ