İnsanlara hürriyət, millətlərə istiqlal!

İran sanksiyaların ləğvi müqabilində ABŞ-la nüvə enerjisi sazişi imzalamağa hazırdır – Xamneinin müşaviri

Tehran müəyyən şərtlər daxilində və Vaşinqtonun iqtisadi sanksiyaları ləğv etməsi müqabilində ABŞ ilə nüvə enerjisi üzrə saziş imzalamağa hazırdır.

Musavat.com xəbər verir ki, bunu İranın ali dini lideri Əli Xamneinin müşaviri Əli Şəmxani NBC News telekanalına deyib.

O, İranın heç vaxt nüvə silahı yaratmayacağını, silah istehsal etmək üçün istifadə oluna bilən yüksək zənginləşdirilmiş uran ehtiyatlarından xilas olacağını və uranı yalnız mülki məqsədlər üçün lazım olan daha aşağı səviyyəyə qədər zənginləşdirməyə razı olacağını öhdəsinə götürəcəyini bildirib.

Şamxani həmçinin qeyd edib ki, Tehran "İrana qarşı bütün iqtisadi sanksiyaların dərhal ləğvi müqabilində beynəlxalq müfəttişlərə bu prosesi izləməyə icazə verəcək".

Bu şərtlər yerinə yetirilərsə, İranın bu gün sazişi imzalamağa razı olub-olmayacağı sualına Şamxani müsbət cavab verib: "Bütün bunlar mümkündür. Əgər amerikalılar onların dediyi kimi hərəkət etsələr, o zaman, əlbəttə ki, münasibətlərimiz yaxşılaşa bilər. Bu, yaxın gələcəkdə vəziyyətin yaxşılaşmasına səbəb ola bilər".

NBC hesab edir ki, bu bəyanat ABŞ prezidenti Donald Trampın “zeytun budağı” təklifinə reaksiya olub. Tramp eyni zamanda Tehran nüvə sazişini qəbul etməkdən imtina edərsə, sanksiyaların sərtləşdirilməsi barədə xəbərdarlıq edib.

Şamxani Trampın tonundan və davam edən təhdidlərindən məyus olduğunu bildirib. İran rəsmisi “o, görmədiyimiz zeytun budağından danışır” deyib.

ABŞ və İran arasında dolayı danışıqların dördüncü raundu keçən həftənin bazar günü Omanda baş tutub. İran və Amerika nümayəndə heyətlərinə İranın xarici işlər naziri Abbas Əraqçi və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff başçılıq ediblər.

İranın diplomatik missiyasının rəhbəri bir sıra güzəştlərə getməyə hazır olduğunu, tərəflərin danışıqları davam etdirməyə razılaşdıqlarını açıqlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 May 2025

BÜTÜN XƏBƏRLƏR