İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski: Üçtərəfli danışıqlar nəzərdə tutulur

Musavat.com xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Ağ Evdə keçirilən görüşdən sonra brifinqdə Rusiya ilə mümkün danışıqlar barədə açıqlama verib.

Onun sözlərinə görə, ilkin təşəbbüs Moskva tərəfindən irəli sürülüb: əvvəlcə Ukrayna və Rusiya liderlərinin ikitərəfli görüşünün, daha sonra isə ABŞ, Ukrayna və Rusiya prezidentlərinin üçtərəfli görüşünün keçirilməsi nəzərdə tutulur.

“Biz liderlər səviyyəsində istənilən formata hazırıq, çünki bütün mürəkkəb və ağrılı məsələləri yalnız bu səviyyədə həll etmək olar. Mən bunu təsdiqlədim və Avropa liderləri də məni dəstəklədi. Biz Putunla iki tərəfli görüşə hazırıq və bundan sonra üçtərəfli formatı gözləyirik”, – Zelenski bildirib.

O vurğulayıb ki, ABŞ tərəfi üçtərəfli görüşün mümkün qədər tez baş tutmasını istəyir.

Prezident əlavə edib ki, Ukraynanın iki tərəfli görüş barədə hələlik heç bir detalı yoxdur. “Biz prezident Tramp ilə müzakirə etdik ki, bütün tərəflər müharibənin sona çatmasına dair iradə nümayiş etdirməlidir. Əgər hansısa tərəf buna hazır olmazsa, biz ABŞ-dan müvafiq təzyiq göstərməsini xahiş edəcəyik”, – Zelenski qeyd edib. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR