Onlayn ictimai-siyasi qəzet
Avropa liderləri və Donald Tramp yaxın günlərdə və həftələrdə Rusiya prezidenti Vladimir Putin və Vladimir Zelenski arasında birbaşa təmaslar təşkil etməyi gözləyirlər.
Musavat.com xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib.
Onun sözlərinə görə, danışıqlar zamanı atəşkəsdə israrlıdırlar: “Bizim ilk görüşümüzdən sonra prezident Putinlə prezident Tramp arasında telefon danışığı oldu və qərara alındı ki, ilk olaraq yaxın saatlarda müəyyən olunacaq yerdə Zelenski ilə Putin arasında ikitərəfli əlaqənin qurulmasına cəhd edilsin, daha sonra isə Putin, Tramp və Zelenskinin iştirakı ilə üçtərəfli görüş keçirilsin”.
Makron qeyd edib ki, danışıqların bir sıra görüşlər çərçivəsində aparılması planlaşdırılır. “Mən istərdim ki, bunun ardınca avropalıların, eləcə də türklərin, yəni təhlükəsizliyi münaqişənin nəticəsindən asılı olanların hamısının iştirakı ilə görüş keçirilsin”.
Makron hesab edir ki, danışıqların baş tutması üçün atəşkəs lazımdır, xüsusən də prosesin həftələr çəkə biləcəyini nəzərə alsaq.
Musavat.com
19 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ