İnsanlara hürriyət, millətlərə istiqlal!

“Tramp marşrutu”nun təhlükəsizliyini kim TƏMİN EDƏCƏK... - Paşinyan AÇIQLADI

Sünik bölgəsindən (Zəngəzur - red.) keçən marşrutun təhlükəsizliyini üçüncü ölkə deyil, Ermənistan qüvvələri təmin edəcək.

Musavat.com xəbər verir ki, bunu İrəvanda İran prezidenti Məsud Pezeşkianla danışıqlardan sonra mətbuata açıqlamasında Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Ermənistanın baş naziri vurğulayıb ki, Azərbaycanla əsas razılaşmalardan biri regionda rabitə yollarının bərpasına aiddir.

"Ermənistan ərazisindən keçən rabitə marşrutları Ermənistanın müstəsna yurisdiksiyasında olacaq, təhlükəsizliyi hər hansı üçüncü ölkə deyil, Ermənistan tərəfi təmin edəcək", - deyə Paşinyan bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR