İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrov: Rusiya Ukrayna ilə bağlı heç bir formatdan imtina etmir

Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Moskva Ukrayna məsələsində istər ikitərəfli, istərsə də üçtərəfli formatlar da daxil olmaqla, heç bir iş formatından imtina etmir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o, “Rossiya-24” telekanalına müsahibəsində danışıb.

“Əsas odur ki, formatlar sadəcə qəzetlərdə yazılsın, televiziyada göstərilsin və ya sosial şəbəkələrdə müzakirə olunsun deyə qurulmasın. Onlar addım-addım, ekspert səviyyəsindən başlayaraq sammitlərin hazırlanmasına qədər ciddi nəticələrə xidmət etməlidir”, – deyə Lavrov qeyd edib.

Rusiyalı nazir əlavə edib ki, dövlət başçılarının iştirakı ilə keçirilən hər bir görüşün ən yüksək səviyyədə dəqiqliklə hazırlanması vacibdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR