Onlayn ictimai-siyasi qəzet
ABŞ İstehlakçı Məhsullarının Təhlükəsizliyi Komissiyası (CPSC) saxta "Labubu" oyuncaqlarının ciddi təhlükələr yarada biləcəyi barədə xəbərdarlıq edib.
Musavat.com xəbər verir ki, agentliyin məlumatına görə, bu oyuncaqlar azyaşlı uşaqlar üçün boğulma riski daşıyır və ölümə səbəb ola bilər.
CPSC istehlakçılara bu oyuncaqlardan uzaq durmağı və aldıqda onların orijinal olduğuna əmin olmaq üçün oyuncağın üzərindəki dişlərin sayını yoxlamağı tövsiyə edib.
Saxta "Labubu" kolleksiya fiqurları, tüklü breloklar və böyük kuklalar Çinin "Pop Mart" mağazalar şəbəkəsində satılır. Orijinal "Labubu" Honq Konqlu dizayner Kasing Lung tərəfindən yaradılmış, dişli təbəssümü olan elfin canavarıdır və əvvəlcə kiçik tüklü oyuncaqlar şəklində, möhürlənmiş qutularda satışa çıxarılırdı.
Musavat.com
19 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ