Onlayn ictimai-siyasi qəzet
Tehran uranın zənginləşdirilməsi üçün Yaxın Şərq ölkələrindən ibarət konsorsium yaratmağı təklif edib.
Musavat.com xəbər verir ki, məlumatı mənbələrə istinadən New York Times yayıb.
Bildirilir ki, konsorsiumun fəaliyyətində ABŞ investorlarının iştirakı nəzərdə tutulur.
Qəzetin yazdığına görə, bazar günü Omanda İranın xarici işlər naziri Abbas Əraqçi bu planı ABŞ prezidentinin xüsusi elçisi Stiven Vitkoffa təqdim edib. Qeyd olunur ki, İran bu təşəbbüsə Vaşinqtonun nüvə proqramından tamamilə imtina tələbinə alternativ kimi baxır. Nəşr konsorsiumun mümkün iştirakçıları kimi Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin adını çəkir.
İranın təklifinə üçtərəfli nüvə konsorsiumunun yaradılması, Tehranın uranı 3,67 faizə qədər zənginləşdirməsi və mülki məqsədlər üçün digər ərəb ölkələrinə tədarük etmək imkanları daxildir. Bundan başqa, İranın nüvə obyektlərində digər ölkələrdən müşahidəçilərin, o cümlədən ABŞ-dan olan ekspertlərin iştirakı gözlənilir. Bu müqavilə, 2015-ci il müqaviləsindən fərqli olaraq, 15 illik müddətlə məhdudlaşmayacaq, yəni qeyri-müəyyən ola bilər.
Xatırladaq ki, mayın 11-də İran və ABŞ Omanın vasitəçiliyi ilə Tehranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti həll etmək üçün danışıqların dördüncü raundunu keçirib. Birinci tur aprelin 12-də Maskatda, ikinci tur aprelin 19-da Romada, üçüncü və dördüncü tur aprelin 26-da və yenidən Omanın paytaxtında mayın 11-də keçirilib. Məsləhətləşmələrdə İran nümayəndə heyətinə Əraqçi, Amerika nümayəndə heyətinə isə Vitkoff başçılıq edir.
Musavat.com
14 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ