İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda cəsarətli çağırış: Uranı dayandırın, İsraillə müharibəyə son verin


İranlı vətəndaş cəmiyyətinin fəalları ölkə rəhbərliyinə və beynəlxalq ictimaiyyətə sensasion müraciət ünvanlayıblar.

Musavat.com xəbər verir ki, onlar nüvə proqramının dayandırılması və İsraillə dağıdıcı müharibəyə dərhal son qoyulmasını tələb ediblər.

Fəallar yayımladıqları bəyanatda İranın ərazi bütövlüyünün və xalqın suveren hüquqlarının qorunmasının vacibliyini vurğulayıblar.

“Uranın zənginləşdirilməsi İran xalqının prioriteti deyil. Biz ölkəmizin və xalqımızın rejimin ambisiyalarına qurban verilməsinə qarşıyıq,” – deyə bəyanatda bildirilir.

Bəyanat müəllifləri həmçinin İran hökumətini daxili və xarici böhranları idarə etməkdə bacarıqsızlıqda ittiham edib, onun istefasını və ölkədə demokratik keçidə başlanmasını tələb ediblər.

Fəallar Birləşmiş Millətlər Təşkilatını və beynəlxalq ictimaiyyəti də çağıraraq, İran İslam Respublikasını uranın zənginləşdirilməsini dayandırmağa, İsrail və İranı isə infrastruktur obyektlərinə hücumları və dinc əhalinin öldürülməsini dərhal dayandırmağa məcbur edəcək addımlar atmağa səsləyiblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR