Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi İran ABŞ-ın Yaxın Şərqdəki hərbi mövqelərinə qarşı yeni hücum əməliyyatına başlayıb.
Musavat.com xəbər verir ki, əməliyyat "Qələbə müjdəsi" (fars dilində Bəşarət əl-Fəth) adlanır və hədəf kimi ABŞ-ın Qətər və İraqdakı hərbi bazaları seçilib.
Əməliyyat barədə ilk məlumatı İranın yarırəsmi "Tasnim" agentliyi yayıb. Məlumata görə, hücumlar mərhələli şəkildə həyata keçirilir və İran tərəfi bu addımı "cavab tədbiri" kimi təqdim edir. Hədəf alınan obyektlər arasında ABŞ qüvvələrinin yerləşdiyi hərbi infrastruktur obyektləri, logistika mərkəzləri və nəzarət sistemlərinin olduğu bildirilir. Raket və pilotsuz uçuş aparatlarının da əməliyyatda iştirak etdiyi ehtimal olunur.
Hazırda ABŞ Müdafiə Nazirliyi bu hücumlarla bağlı rəsmi açıqlama yaymayıb. Lakin bölgədə yerləşən ABŞ hərbi qüvvələrinin fövqəladə hazırlıq vəziyyətinə gətirildiyi, təhlükəsizlik tədbirlərinin artırıldığı barədə qeyri-rəsmi məlumatlar yayılıb.
Ekspertlərə görə, bu əməliyyat İranın regional strateji mesajıdır və qarşıdakı günlərdə bölgədə hərbi-siyasi gərginliyin daha da artması istisna edilmir. Müşahidəçilər qeyd edirlər ki, İran bu cür addımlarla həm daxili ictimai rəyi möhkəmləndirməyə, həm də xarici düşmənlərinə qarşı mövqeyini sərtləşdirməyə çalışır.
Musavat.com
24 Iyun 2025
23 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ