Onlayn ictimai-siyasi qəzet
İranın cavab zərbəsi qaçılmazdır, son dərəcə sərt olacaq.
Musavat.com xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.
"Biz onların əhəmiyyətli qüvvələrini vurduq və Natanzdakı ən böyük uranın zənginləşdirilməsi zavodunu məhv etdik. Bu əməliyyat tarixdə belə miqyasda həyata keçirilən azsaylı əməliyyatlardan biridir. Bu, əvvəlki bütün hücumları xeyli üstələyir", - İsrailin baş naziri bildirib.
Onun sözlərinə görə, hazırda İranda xaos hökm sürür, lakin bunun ardınca mütləq zərbələr gələcək. Ola bilsin ki, bu zərbələr dalğavari şəkildə və son dərəcə sərt formada həyata keçiriləcək.
Musavat.com
14 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ