İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvandan Moskvaya siqnal: “Rusiya ilə hər sahədə əməkdaşlıq davam edəcək”


Ermənistan Rusiya ilə əlaqələri gücləndirmək niyyətində olduğunu açıq şəkildə bəyan edib. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla görüşündə bildirib.

Musavat.com xəbər verir ki, Mirzoyan iki ölkə arasında yeni ikiillik siyasi məsləhətləşmələr proqramının artıq hazırlandığını açıqlayıb.

“Artıq komandalar iki ölkənin xarici işlər nazirlikləri arasında yeni ikiillik siyasi məsləhətləşmələr proqramının hazırlanmasını başa çatdırıblar. Ümid edirəm ki, bu sənədi bu gün imzalayacağıq,” – deyə o, qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 May 2025

BÜTÜN XƏBƏRLƏR