İnsanlara hürriyət, millətlərə istiqlal!

İslamabad BMT-ni səfərbər edir, Dehli hazır vəziyyətdə

Cənubi Asiyada vəziyyət kritik həddə çatıb.

Musavat.com xəbər verir ki, "The Times of India" nəşrinin yazdığına görə, Hindistan Hərbi Hava Qüvvələri Pakistanla sərhəddə yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Gərginlik xüsusilə mübahisəli Cammu və Kəşmir bölgəsindəki vəziyyətin daha da kəskinləşməsi fonunda artır. Cavab olaraq Pakistan BMT Təhlükəsizlik Şurasına rəsmi müraciət edərək, təcili qapalı iclas çağırılmasını tələb edib.

İslamabad bu addımı regiondakı təhlükənin böyüməsi və Hindistanla münasibətlərdə artan eskalasiya ilə əlaqələndirir.

Analitiklər hesab edir ki, tərəflərdən birinin atacağı sərt addım iki nüvə dövləti arasında müharibəyə yol aça bilər. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 May 2025

BÜTÜN XƏBƏRLƏR