Onlayn ictimai-siyasi qəzet
İspaniyada həftəlik iş saatı 40-dan 37,5 saata endirilib.
Bu barədə İspaniya Baş nazirinin müavini Yolanda Dias məlumat verib.
Onun sözlərinə görə, iş saatının azaldılması İspaniyanın modernləşməsinə töhfə verəcək:
"Bu, cəmiyyətin yaşayış keyfiyyətini yaxşılaşdıracaq və işçilərə ümid verəcək. Tarixi dəyişiklikdir. İşləmək üçün yaşamırıq, yaşamaq üçün işləyirik".
Qeyd edək ki, İspaniyada son 40 ildə ilk dəfə həftəlik iş saatı azaldılır. Bu qərar parlamentdə qəbul edilərək qüvvəyə minib. Qərarın gündə yarım saat az işləyəcək ispanların maaşlarına heç bir təsirinin olmayacağı bildirilib.//Oxu.Az
12 Oktyabr 2025
01:50 Taliban ABŞ-dan qalan 7,1 milyard dollarlıq hərbi texnikanı ələ keçirib - ŞOK SİYAHI AÇIQLANDI
11 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ