Onlayn ictimai-siyasi qəzet
İsrailin müdafiə naziri İsrael Kats Livanla bağlı sərt bəyanat verib.
“‘Hizbullah’ odla oynayır, Livan prezidenti isə öz vəzifələrini yerinə yetirmir. Rəsmi Beyrut cənubdan ‘Hizbullah’ı çıxarmalı və onu tərksilah etməlidir. Biz təhlükəni aradan qaldırmaq üçün mümkün olan bütün tədbirləri davam etdirəcəyik və onları daha da gücləndirəcəyik,” – deyə nazir X sosial şəbəkəsində yazıb.
Musavat.com-un məlumatına görə Kats əlavə edib ki, İsrailin şimal bölgələrinə təhlükə yaranarsa, əməliyyatların miqyası daha da genişlənəcək.
Musavat.com
03 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ