İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail müstəqil Fələstin dövlətinin yaranmasına imkan verməyəcək – Netanyahu

İsrail tam hüquqlu suveren Fələstin dövlətinin yaradılmasına və ilk növbədə təhlükəsizlik sahəsində əsas səlahiyyətlərin ona verilməsinə razı olmayacaq.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu bazar ertəsi Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşdə jurnalistlərin suallarını cavablandıran İsrailin baş naziri Benyamin Netanyahu deyib.

O, Yaxın Şərq probleminin iki suveren dövlət əsasında həllini mümkün hesab edib-etməməsinə aydınlıq gətirmək xahişini şərh edərkən deyib: "İnanıram ki, fələstinlilərin özünüidarə üçün bütün səlahiyyətləri olmalıdır, lakin heç biri bizi təhdid etməməlidir. Bu o deməkdir ki, müəyyən səlahiyyətlər, məsələn, ümumilikdə təhlükəsizliklə bağlı olanlar həmişə bizim əlimizdə qalacaq. Bu faktdır. İsraildə heç kim başqa heç nə ilə razılaşmayacaq, çünki biz intihar etmək fikrində deyilik. Biz elə bir dünya quracağıq ki, təhlükəsizliyimiz, təhlükəsizlik sahəsində suveren səlahiyyətlərimiz həmişə bizim əlimizdə qalsın. İnsanlar deyəcəklər: “Bu, Fələstinlilərin natamam dövlətidir, bu dövlət deyil”. Bizim üçün bu, tamamilə əhəmiyyətsizdir”.

Onun fikrincə, hazırda Yaxın Şərqdə “İsrailin bütün qonşularını” əhatə edən “geniş, çox geniş sülh” mümkündür.

Tramp isə Fələstin-İsrail münaqişəsinin iki dövlətin birgə yaşaması əsasında həllinin mümkünlüyü ilə bağlı suala cavab verməkdən yayınıb: "Bilmirəm. Bibidən (Benyamin Netanyahu – red.) soruşun".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR