İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail Tehrana ən ağır zərbəni endirdi – Yüzlərlə SEPAH üzvü öldü, hərbi obyektlər darmadağın edildi

Musavat.com xəbər verir ki, İsrail bu gün İrana qarşı genişmiqyaslı hava hücumu həyata keçirib. Hücumda 50-dən çox qırıcı təyyarə iştirak edib. Hücumun əsas hədəfləri İranın paytaxtı Tehrandakı SEPAH-a (İslam İnqilabı Keşikçiləri Korpusu) məxsus qərargahlar, hərbi komandanlıq mərkəzləri, eləcə də raket və radar istehsalı ilə məşğul olan müəssisələr olub.

İsrailin aviasiya qüvvələrinin bu dəqiq planlaşdırılmış hücumu nəticəsində ciddi itkilər qeydə alınıb. “The Jerusalem Post”un yazdığına görə, Tehranda yerləşən əsas qərargah komplekslərindən birinə endirilən hava zərbələri nəticəsində yüzlərlə SEPAH üzvü həyatını itirib. Ölənlər arasında yüksək rütbəli komandirlərin də olduğu ehtimal edilir.

Hücumun miqyası və hədəflərin strateji əhəmiyyəti göstərir ki, İsrail yalnız İranın nüvə proqramını deyil, bütövlükdə onun hərbi-siyasi strukturunu zəiflətməyi qarşıya məqsəd qoyub. Hava zərbələri İranın müdafiə və hücum potensialının əsas dayaqlarına – radar sistemlərinə, ballistik raket istehsal müəssisələrinə və koordinasiya mərkəzlərinə yönəlib.

İran tərəfi hələlik rəsmi olaraq hücumun nəticələrinə dair geniş açıqlama verməyib. Ancaq paytaxt Tehranda səhər saatlarında partlayış səsləri eşidilib, bir sıra binalarda dağıntılar qeydə alınıb. Yerli mənbələr bildirir ki, təhlükəsizlik qüvvələri və fövqəladə hallara cavab briqadaları bölgədə fəaliyyət göstərir, əhali arasında panika müşahidə olunur.

İsrail Müdafiə Qüvvələri əməliyyatı “önləyici və cavab zərbəsi” kimi qiymətləndirib. Bildirilir ki, bu hücumlar İranın son günlərdə İsrail ərazisinə endirdiyi raket və PUA zərbələrinə cavab olaraq həyata keçirilib.

Hazırkı eskalasiya bölgədə gərginliyi pik həddə çatdırıb. ABŞ və Avropa ölkələri vəziyyəti diqqətlə izlədiklərini bəyan ediblər. Tərəflərin növbəti addımlarının Yaxın Şərqdə müharibənin daha da genişlənməsinə səbəb olub-olmayacağı yaxın saatlarda bəlli olacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyun 2025

23 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR