İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail Tehranla bağlı ƏMR VERDİ: DAĞIDIN! – İran TƏKZİB ETDİ: Atəşkəsi POZMAMIŞIQ!

İsrail bu gün səhər Tehranda 12 obyektə hücum edib.

Axar.az xəbər verir ki, bunu Tehran əyalətinin qubernatoru Əlirza Fəhari deyib.

Onun sözlərinə görə, zərbələrin əksəriyyəti yaşayış rayonlarına endirilib.

Qeyd edək ki, bu gün İsraillə İran arasında atəşkəs elan edilib.

“İran rejiminin atəşkəs rejimini pozmasına güclə cavab verəcəyik”.

Teleqraf xəbər verir ki, bunu İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Eyal Zamir deyib.

“İran rejiminin atəşkəs rejimini ciddi şəkildə pozmasına uyğun olaraq, hücuma keçəcəyik və buna güclə cavab verəcəyik”, - general-polkovnik vurğulayıb.

Atəşkəs razılaşması qüvvəyə mindikdən sonra İranın İsrail ərazisinə raket zərbələri endirdiyi iddiası yalandır.
Teleqraf xəbər verir ki, bu barədə İran Dövlət Televiziyası məlumat yayıb.

Xatırladaq ki, İsrail Müdafiə Qüvvələri bundan öncə İran Silahlı Qüvvələrinin atəşkəs razılaşmasına baxmayaraq, ölkənin şimal ərazilərinə iki ballistik raket atdığını açıqlayıb. Hava hücumundan sonra bölgədə xəbərdarlıq siqnallarının işə salındığı və İranın hava məkanı üzərində iki ballistik raketinin vurulduğu bildirilib.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız siyasi ekspert Elçin Alıoğludur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR