İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrailin hücumu nəticəsində SEPAH-ın daha bir generalı vuruldu – General Qolaməli Rəşid və oğlu həlak olub

İsrailin İrana qarşı həyata keçirdiyi hava hücumları nəticəsində daha bir yüksək rütbəli SEPAH komandiri həlak olub.

Musavat.com xəbər verir ki, hücum zamanı SEPAH-ın "Xatəm əl-Ənbiya" mərkəzi qərargahının komandanı, general-mayor Qolaməli Rəşid Tehranda öldürülüb.

İranın yerli mənbələrinin məlumatına görə, general Rəşidlə yanaşı onun oğlu da hücum nəticəsində həyatını itirib. General Rəşid İranın müdafiə və hərbi strategiyasında mühüm rol oynayan komandanlardan biri sayılırdı və uzun illərdir Silahlı Qüvvələrin strukturunda rəhbər vəzifələrdə çalışırdı.

Bu, İsrailin son hücumları nəticəsində həlak olan yüksək rütbəli iranlı komandirlərin və nüvə sahəsində çalışan mütəxəssislərin siyahısını daha da genişləndirir. Hadisə ilə bağlı rəsmi Tehranın mövqeyi və mümkün cavab tədbirləri gözlənilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Iyun 2025

13 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR