Onlayn ictimai-siyasi qəzet
İsrailin mərkəzi bölgələrinə, o cümlədən Təl-Əvivə raket hücumu təhlükəsi ilə əlaqədar olaraq hava hücumu sirenləri səslənib.
Musavat.com xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
İsrail Müdafiə Ordusu ehtimal olunan raket buraxılışının Yəmən ərazisindən həyata keçirildiyini bildirərək, insidentlə bağlı araşdırma aparıldığını açıqlayıb.
Bu, İsrail Hərbi Hava Qüvvələrinin Səna hava limanını bombalamasından sonra Yəmənin “Ənsar Allah” (husilər) hərəkatı tərəfindən həyata keçirilən ilk belə hücumdur. Qeyd edək ki, İsrailin Səna şəhərinə endirdiyi zərbələr nəticəsində 38 nəfər yaralanıb, daha 3 nəfər isə həlak olub.
Musavat.com
10 May 2025
09 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ