Onlayn ictimai-siyasi qəzet
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya İstanbulda baş verən zəlzələ ilə bağlı son dəqiqə açıqlaması verib.
Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin "Haber Global" kanalı məlumat yayıb.
“İstanbulun Silivridə, Mərmərə dənizində 6,2 bal gücündə zəlzələ baş verib. Ətraf şəhər və qəsəbələrdə də hiss edilən zəlzələ ilə bağlı aidiyyatı qurumlarımızın bütün qrupları çöl araşdırmalarına başlayıb. Zəlzələdən zərərçəkən vətəndaşlarımıza tezliklə şəfa diləyirəm. Allah ölkəmizi və millətimizi hər cür fəlakətdən qorusun”, - nazir deyib.
Qeyd edək ki, İstanbulun Silivri sahillərində baş verən 3,9 bal gücündə zəlzələdən sonra 6,2 və 4,4 bal gücündə daha iki zəlzələ baş verib. Zəlzələlər ətraf əyalətlərdə də hiss olunub.
Zəlzələnin ilk görüntülərini təqdim edirik:
İqbal RZAYEV,
Musavat.com
03 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ