İnsanlara hürriyət, millətlərə istiqlal!

İstanbulda ŞOK dördlü GÖRÜŞ: Putin, Zelenski, Ərdoğan və Tramp masada... – CANLI

İstanbulda aparılan danışıqlar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüşlə yekunlaşa bilər.

Bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan ukraynalı həmkarı Andrey Sibiha ilə birgə mətbuat konfransı zamanı bildirib. O qeyd edib ki, Türkiyə İstanbul danışıqlarını yeni başlanğıc kimi qiymətləndirir:

“Biz sübut etdik ki, danışıqlar real nəticələr verə bilər. İstanbulda qazanılan sürətin davam etməsini istəyirik. Biz Ukraynanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini tam dəstəkləyirik”.

Ukrayna iyunun 2-də İstanbulda Rusiya ilə danışıqlarda iştirak etməyə hazırdır.

Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andrey Yermak bildirib.

Eyni zamanda, o qeyd edib ki, Ukrayna Rusiya tərəfinin görüş başlamazdan əvvəl memorandum layihəsini təhvil verməsini israr edir.

“Ukrayna növbəti görüşə hazırdır, amma biz konstruktiv müzakirə aparmaq istəyirik. Bu o deməkdir ki, Rusiyanın layihəsini əldə etmək vacibdir. Vaxt kifayət qədərdir - sənədlərin hazırlanması və göndərilməsi üçün dörd gün kifayətdir”, - Yermak əlavə edib.

Rusiya Prezidenti Vladimir Putin Ukrayna üzrə yüksək səviyyəli danışıqlara hazırdır. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Putin Zelenski ilə görüşə hazırdır, lakin əvvəlcə nümayəndə heyətləri arasında birbaşa danışıqlarda nəticələr əldə edilməlidir.

Peskov qeyd edib ki, Putin Zelenski və Trampla şəxsi görüşün mümkünlüyünü prinsipcə dəstəkləyir: "Bu cür təmaslara tələb var, lakin yaxşı hazırlıq lazımdır".

"Rusiya və Ukrayna nümayəndə heyətləri arasında birbaşa danışıqlarda nəticə əldə olunarsa, ən yüksək səviyyədə təmaslar haqqında da danışa bilərik. Prezident Putin dəfələrlə bildirib ki, o, prinsipcə ən yüksək səviyyədə təmasları dəstəkləyir, əlbəttə ki, onlara tələbat var. Amma buna hazırlaşmaq lazımdır və ilk növbədə nümayəndə heyətləri arasında danışıqlarda, iki ölkənin nümayəndə heyətləri arasında birbaşa danışıqlarda nəticə əldə edilməlidir. Bundan sonra, belə bir nəticə əldə olunarsa, o zaman yüksək səviyyəli təmaslardan söhbət gedə bilər", - Kremlin sözçüsü Türkiyə XİN başçısı Hakan Fidanın "Türkiyə prezidenti Rəcəb Ərdoğan Rusiya, ABŞ və Ukrayna prezidentlərini qəbul etməyə hazırdır" bəyanatına münasibət bildirib.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi polkovnik Şair Ramaldanovla müzakirə edir.

https://www.facebook.com/tvmusavat


https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyun 2025

31 May 2025

BÜTÜN XƏBƏRLƏR