Onlayn ictimai-siyasi qəzet
Ukrayna nümayəndə heyəti bu gün Rusiya ilə keçiriləcək danışıqların ikinci raundunda iştirak etmək üçün İstanbula gəlib.
Musavat.com xəbər verir ki, danışıqlarda Ukrayna tərəfinə ölkənin müdafiə naziri Rüstəm Umerov rəhbərlik edir.
Rusiya nümayəndə heyətinə isə Prezident Vladimir Putinin köməkçisi Vladimir Medinski başçılıq edir. Rusiya tərəfi İstanbulda danışıqlara hazırlıq məqsədilə artıq dünən axşamdan şəhərə gəlib.
Görüş bu gün günün ikinci yarısında baş tutacaq və əsas məqsəd Ukrayna ilə Rusiya arasında davam edən müharibənin diplomatik yolla həllinə doğru addım atmaqdır. Danışıqlarda atəşkəs, humanitar dəhlizlərin açılması və mülki əhalinin təhlükəsizliyi kimi məsələlərin əsas müzakirə mövzuları olacağı gözlənilir.
Türkiyə bu danışıqlara vasitəçi ölkə qismində ev sahibliyi edir. Rəsmi Ankara tərəflər arasında dialoqun davam etdirilməsinin vacibliyini vurğulayır və danışıqların müsbət nəticə verəcəyinə ümid edir.
Xatırladaq ki, bu, tərəflər arasında keçirilən ikinci raunddur və ilk görüş nəticəsiz başa çatmışdı. Bu dəfə müəyyən razılaşmaların əldə olunacağına dair ehtimallar yüksək qiymətləndirilir. Danışıqların nəticələri ilə bağlı əlavə açıqlamaların görüşdən sonra verilməsi gözlənilir.
Musavat.com
04 Iyun 2025
03 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ