İnsanlara hürriyət, millətlərə istiqlal!

“İstəyirsən qazı işlət, ya da işlətmə, aylıq məbləği ödəməlisən” - deputat

Milli Məclisin iclasında “Qaz təchizatı haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Musavat.com-un məlumatına görə, çıxış edən deputat Razi Nurullayev bildirib ki, layihədə xeyli maraqlı və əhəmiyyətli maddələr var:

“Ümumi götürsək, görünən budur ki, əsasən kasıb təbəqəyə o qədər də təsir etməyəcək. Amma məsələ kasıbçılıq və varlılıqda deyil, qanunun ədalətli olmasındadır. Vətəndaş qaz çəkilişi zamanı mənzilə və evlərə çəkiliş haqqını ödəyir və sayğaca görə də ödəniş edir. Ödəniş də xeyli böyük rəqəmdir. İndi onlar sabit tarif də ödəməlidir”.

RAZİ.jpg (86 KB)

R.Nurullayev layihədən narazılığını ardınca bu şəkildə ifadə edib:

“Yəni istəyirsən qazı işlət, ya da işlətmə, aylıq müəyyən edilmiş məbləği ödəməlisən. Bu, mənə ədalətli yanaşma kimi görünmür.

Bilmək istəyirəm ki, bu məsələ hansı təcrübədən yaranıb? Biz bu təcrübəni hansı qonşu ölkələrdən əxz etmişik? Rusiyada, Gürcüstanda, Türkiyədə, İranda və digər yaxın ölkələrdə bu praktika varmı? Bu qanunu tələsik qəbul etməyək, ciddi müzakirə aparaq, istehlakçıların müzakirəsinə çıxaraq”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR