İnsanlara hürriyət, millətlərə istiqlal!

İsti havalarda "nokaut" effekti: İçsəniz, sağalmaz fəsadlar ola bilər

İsti havalarda spirtli içki qəbul etmək huşu itirməyə, isti vurmasına və alkoqol psixozu riskinin artmasına səbəb ola bilər.

Bu barədə kardioloq və Avropa Kardiologiya Cəmiyyətinin üzvü Yaroslav Aşıxmin xəbərdarlıq edib.

"İsti havalarda spirtli içki qəbul etməyin nəticələri daha da xoşagəlməz ola bilər. Birincisi, insan alkoqol qəbul etdikdən dərhal sonra qan damarları genişləndiyi üçün bu, huşu itirməyə və istilik vurmasına daha tez səbəb ola bilər. Daha tez-tez alkoqol qəbul etmək isə psixoz və müxtəlif problemlər yarada bilər", - Aşıxmin izah edib.

Mütəxəssis isti dövrdə gündə yalnız bir stəkan şərab içməyə icazə verib. O, həmçinin həftəlik istehlakı bir şüşə keyfiyyətli şərabla məhdudlaşdırmağı tövsiyə edib. Eyni zamanda həkim vurğulayıb ki, tibbi və rasional baxımdan alkoqol pəhrizdən tamamilə xaric edilməlidir.

Ekspert qeyd edib ki, spirtin təhlükəsiz dozası yoxdur. Alkoqol xərçəng riskini əhəmiyyətli dərəcədə artırır - müntəzəm istehlak ilə 4 dəfəyə xərçəngi riskini artırır.  (Publika.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR