İnsanlara hürriyət, millətlərə istiqlal!

İtaliya prezidentinin adı qara siyahıya salındı, rus səfir XİN-ə çağırıldı

İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tajani Rusiyanın Romadakı səfiri Aleksey Paramonovu respublikanın Xarici İşlər Nazirliyinə çağırıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, İtaliya Xarici İşlər Nazirliyinin bəyanatına görə, bu, “İtaliya Respublikasının prezidenti Sercio Mattarella və digər rəsmi şəxslərin iddia edilən “rusofoblar” siyahısına daxil edilməsi ilə bağlıdır.

"Nazir Tajani dövlət başçısının bu siyahıya daxil edilməsini ölkəyə və İtaliya xalqına qarşı təxribat hesab edir və prezident Mattarella ilə institusional və şəxsi həmrəyliyini bildirir", - mətndə deyilir.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin saytında Rusiya Federasiyasına qarşı “nifrət nitqi”ndən istifadə nümunələri və xarici ölkələrin siyasətçiləri və ictimai xadimlərinin rusofob bəyanatları dərc edilib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR