Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Tramp və Türkiyə prezidenti Ərdoğan İsrailin İranla müharibəsinin şiddətləndiyi bir vaxtda bu həftə İstanbulda ABŞ və İran rəsmilərinin gizli görüşünü təşkil etməyə çalışıblar.
Musavat.com xəbər verir ki, bu sensasion məlumatı Axios portalı yayıb.
Üç ABŞ rəsmisinin və vəziyyətlə bağlı birbaşa məlumatlı mənbənin portala dediyinə görə, İranın ali lideri ilə planı təsdiqləmək mümkün olmadığına görə səylər puça çıxıb.
Bildirilir ki, bazar ertəsi Kanadada G7 liderləri ilə görüşərkən Tramp Ərdoğandan zəng alıb. Ərdoğan ertəsi gün ABŞ və İran rəsmiləri arasında müharibənin diplomatik həlli imkanını araşdırmaq üçün İstanbulda görüş keçirməyi təklif edib. Mənbələr bildiriblər ki, Tramp razılaşaraq Ərdoğana vitse-prezident Vens və Ağ Evin xüsusi nümayəndəsi Stiv Vitkoffu göndərməyə, hətta İran prezidenti Məsud Pezeşkianla görüşmək üçün özü Türkiyəyə səfər etməyə hazır olduğunu bildirib.
Ağ Ev rəsmisi deyib ki, Tramp Ərdoğanın görüşmək istədikləri ilə bağlı zəngindən bir neçə saat əvvəl də digər qeyri-rəsmi kanallar vasitəsilə iranlılardan “siqnallar” alıbmış.
Onun sözlərinə görə, Trampın şəxsi iştirakı az müzakirə edilib, daha ciddi plan Vens və Vitkoffun göndərilməsi olub.
Mənbələrin bildirdiyinə görə, daha sonra Ərdoğan və Türkiyənin xarici işlər naziri Hakan Fidan təklifi Pezeşkiana və İranın xarici işlər naziri Abbas Əraqçiyə çatdırıblar.
İki ABŞ rəsmisi bildirib ki, Pezeşkian və Araqçi təsdiq üçün İranın ali lideri Əli Xamenei ilə əlaqə saxlamağa çalışıb, lakin bu, mümkün olmayıb.
Bir neçə saat sonra iranlılar türklərə Xamneyinin razılığını ala bilmədiklərini bildiriblər. ABŞ rəsmisi bildirib ki, bundan sonra Türkiyə ABŞ-a görüşün dayandırıldığını bildirib.
Musavat.com
22 Iyun 2025
21 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ