İnsanlara hürriyət, millətlərə istiqlal!

“Keçmiş arvadlarım məndən varlıdır” – Məşhur aktyordan ŞOK açıqlama

Türkiyənin məşhur aktyoru Mehmet Ali Erbil 29 ildir aliment ödədiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, 4 dəfə evlənən aktyor həmkarı, keçmiş həyat yoldaşı Nergis Kumbasardan da bəhs edib:

"29 ildir ağzımı açmıram. Həm uşağıma, həm də anasına ayrı ödəyirəm. Qızım universiteti bitirənə qədər alimenti ödəməli oldum. Ayrılanda Nergis xanıma 3 ev verdim. Sonra 2 maşın aldım. Evdən çıxanda heç ütü də almadım. Evlənsə, aliment kəsiləcəkdi. O da ərə getmədi".

Mehmet Ali Erbil sözlərini belə davam etdirib:

"Ən yüksək alimenti kimə ödədiyimi bilmirəm, mühasibim bilir. İlk evliliyim Muhsine istisna olmaqla, hər iki arvadım elə bir müqavilə bağlayıb ki, məni əməlli-başlı qandallayıblar. Amma pulum olana qədər ödəyəcəm. Hamısı məndən varlıdır. Allaha şükürlər olsun ki, mənə brilyant kimi övladlar böyüdüblər".

Qeyd edək ki, M. A. Erbil Muhsine Şehnaz Kamiloğlu, Nergis Kumbasar, Sedef Altuntaş və Tuğba Coşkunla evli olub.

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR