Onlayn ictimai-siyasi qəzet
Şimali Koreyanın paytaxtında baş tutan gəminin suya buraxılması mərasimində ölkənin yeni döyüş gəmisi gözlənilmədən yan tərəfə aşaraq ciddi ziyan görüb.
Musavat.com-un xəbərinə görə, bu hadisə partiya lideri Kim Çen Inın müşahidəsi altında baş verib.
Gəminin düşməsi, suya buraxma qurğusundakı nasazlıq nəticəsində baş verib və yayılan fotoşəkillərdən gəminin ciddi zədələndiyi görünür.Kim Çen In hadisəni “cinayətkar səhlənkarlıq” adlandıraraq məsul şəxsləri sərt tənqid edib və gəminin Koreya Əmək Partiyasının İyun ayındakı plenumuna qədər tam bərpa olunmasını tapşırıb.
Bu olay Şimali Koreyanın hərbi gücünü nümayiş etdirmək məqsədilə keçirilən tədbirdə ciddi ləkə kimi qəbul olunur və ölkədə idarəetmə problemlərinə işarə kimi qiymətləndirilir.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ