İnsanlara hürriyət, millətlərə istiqlal!

Kişi əməliyyatdan sonra ana dilini unutdu

Türkiyədə Konya şəhərinin 67 yaşlı sakini dizindən əməliyyat olunduqdan sonra ana dilini unudub və 10 ildən sonra ilk dəfə yalnız Danimarka dilində danışmağa başlayıb.

Bu barədə "Anadolu" agentliyi xəbər verir.

Məlumata görə, o, 20 il Danimarkada yaşayıb, sonra Türkiyəyə qayıdıb və təxminən 10 il əvvəl Konyada məskunlaşıb.

O, "beynimdə Danimarka dili var, amma türkcə heç nə deyə bilmirəm" deyib. Onu əməliyyat edən həkimlər yaxın gələcəkdə kişinin yenidən türkcə danışacağını proqnozlaşdırırlar.//Oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 May 2025

02 May 2025

BÜTÜN XƏBƏRLƏR