İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Ermənistan elektrik şəbəkələrini Rusiyanın adamının əlindən alır

Ermənistanın baş naziri Nikol Paşinyan rusiyalı iş adamı, “Taşir” Şirkətlər Qrupunun prezidenti və təsisçisi Samvel Karapetyana məxsus “Ermənistan Elektrik Şəbəkələri” QSC-ni (ENA) milliləşdirməyə hazırlaşdığını bildirib.

Musavat.com xəbər verir ki, o, bunu Telegram kanalında açıqlayıb: "Hesab edirəm ki, "Ermənistan Elektrik Şəbəkələri" QSC-nin milliləşdirilməsinin vaxtı çatıb. Bu, tez baş verəcək və mənim vəzifəm QSC-nin bütün işçilərinin öz iş vəzifələrini vicdanla yerinə yetirmələrini təmin etməkdir".

Paşinyan əlavə edib ki, şirkət milliləşdirildikdən sonra işçilərin bu “vicdanlılığı” qiymətləndiriləcək. Baş nazir bildirib ki, indiki sahiblər “ENA-nı heç özlərininki hesab etmirlər”: "Onları bu strateji əhəmiyyətli qurum, onun istehlakçıları və işçiləri maraqlandırmır, çünki ENA onlara aid deyilsə, o zaman kimə? Onun istehlakçıları, işçilərinə".

Qeyd edək ki, ESA-nın özəlləşdirilməsi 2022-ci ildə həyata keçirilib, Rusiyanın İnter RAO şirkəti həmin vaxt onu təxminən 40 milyon dollara əldə edib. Daha sonra sövdələşmələr zənciri ilə şirkət Karapetyanın “Taşir Qrup”una verilib. Həmin vaxt əməliyyatın məbləği açıqlanmayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR