Onlayn ictimai-siyasi qəzet
Vaşinqton Fordo nüvə obyektinə qarşı taktiki nüvə silahı istifadəsini istisna etmir – Fox News
ABŞ administrasiyası İranın Fordo şəhərində yerləşən yeraltı uran zənginləşdirmə obyektinə qarşı mümkün zərbələr zamanı taktiki nüvə silahından istifadə edilməsini gündəmdən çıxarmayıb.
Musavat.com xəbər verir ki, bu barədə Fox News telekanalının jurnalisti Cekki Haynrik cümə axşamı özünün “X” (əvvəlki Twitter) hesabında məlumat verib.
Jurnalistin sözlərinə görə, Ağ Evdən ona bildirilib ki, bu məsələ ilə bağlı The Guardian nəşrində dərc edilən məlumatlar həqiqəti əks etdirmir:
“Ağ Ev rəsmisi mənə bildirdi ki, ABŞ hərbçiləri Fordo obyektinin məhv edilməsi üçün bunkerə qarşı bombaların effektivliyinə şübhə etmir. Eyni zamanda, heç bir variant – o cümlədən taktiki nüvə silahının tətbiqi – istisna edilmir”, – deyə Haynrik qeyd edib.
Xatırladaq ki, daha əvvəl The Guardian ABŞ prezidenti Donald Trampın belə bir silahdan istifadəni nəzərdən keçirmədiyini yazmışdı. Lakin Fox News-un məlumatına əsasən, mövcud administrasiya bu istiqamətdə bütün imkanları masada saxlayır.
Musavat.com
20 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ