İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrailin zərbələri nəticəsində İranın Baş Qərargah rəisi Məhəmməd Bageri öldürülüb- YENİLƏNİB

İsrailin İran ərazisinə endirdiyi hava zərbələri nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Bageri öldürülüb.

Musavat.com
xəbər verir ki, məlumatı İran mediası yayıb.


***

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Bagerinin guya sui-qəsd nəticəsində öldürülməsi barədə yayılan məlumatlar yalan çıxıb.

Bu barədə Musavat.com xəbər verir ki, məlumatı İranın rəsmi dövlət agentliyi IRNA təkzib edib.

Agentliyin yaydığı açıqlamada bildirilir ki, general Bageri sağ-salamatdır və hazırda İran Silahlı Qüvvələrinin əməliyyat qərargah mərkəzində fəaliyyətini davam etdirir. O, hərbi əməliyyatların gedişatını oradan şəxsən nəzarətdə saxlayır və koordinasiya işlərini yerinə yetirir.

***

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Bagerinin İsrailin İrana endirdiyi zərbələr nəticəsində öldüyü ehtimal edilir.

“Report” xəbər verir ki, “Reuters” mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, İsrailin hücumu nəticəsində Baş Qərargahın digər yüksək rütbəli zabitləri, eləcə də aparıcı nüvə alimləri də həlak ola bilərdi.

Öz növbəsində “SNN” nəşri hava zərbələri nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-mayor Hüseyn Salaminin də həlak olduğunu yazıb. “Tasnim” agentliyi Hüseyn Salaminin öldüyünü təsdiqləsə də, İran hökuməti hələlik açıqlama verməyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Iyun 2025

13 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR