Onlayn ictimai-siyasi qəzet
Kiyevdə hücum təhlükəsi ilə əlaqədar hava həyəcanı elan edilib.
Musavat.com xəbər verir ki, bu barədə Kiyev şəhər hərbi administrasiyası məlumat yayıb.
Məlumatda bildirilir ki, Rusiya hərbçiləri tərəfindən ballistik raketlər və hücum PUA-ları təhlükəsi qeydə alınıb.
“Düşmənin ballistik silahlardan istifadə etməsi təhlükəsi ilə əlaqədar Kiyevdə hava hücumu xəbərdarlığı elan edilib”, - administrasiyanın məlumatında bildirilib.
Paytaxt sakinlərinə dərhal sığınacaqlara keçmək çağırışı olunub.
Ukrayna Hava Qüvvələrinin məlumatına görə, hücum şimal-şərq istiqamətindən gözlənilir.
Sumı rayonunda yüksək sürətli hədəfin aşkarlandığı da bildirilib.
Kiyev şəhərinin hərbi administrasiyasının rəhbəri, azərbaycanəsilli Timur Tkaçenko paytaxta yeni hava hücumunu təsdiqləyib.
“Düşmən yenidən Kiyevə hücum edir. Həyəcan bitənə qədər sığınacaqlarda qalın”, - o, Telegram səhifəsində yazıb.
Qeyd edək ki, bir gün əvvəl Kiyev kütləvi hücumlardan birinə məruz qalıb, şəhərə yüzlərlə hücum PUA-sı və 9 ballistik raket atılıb.
İqbal RZAYEV,
Musavat.com
25 May 2025
24 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ