İnsanlara hürriyət, millətlərə istiqlal!

"Kızılcık şerbeti"nin aktrisası yeni serialda - Foto  


“Kızılcık şerbeti” serialında canlandırdığı Görkəm obrazı ilə tanınan Özge Özacarın yeni layihəsi bəlli olub.

Musavat.com xəbər verir ki, aktrisa yeni sezona damğasını vuracağı gözlənilən “Bulutların üstünde” serialında baş rolu oynayacaq.

Ötən ilin sonunda Kanal D üçün hazırlanacağı bildirilən, lakin sonra Show TV-də yayımlanmasına qərar verilən serial Artvinin Hopa bölgəsində çəkiləcək.

Özge Özacarın tərəf müqabilinin kim olacağı da maraq mövzusuna çevrilib. “Bulutların üstünde” kişi baş rolu üçün son vaxtlar “Teşkilat”, “Kalpazan”, “Prens” kimi seriallarla ekranlara gələn Çağlar Ərtoğrul ilə görüşüldüyü bildirilib.

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR