İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremençuk və Nikolayevdə partlayışlar – rus dronları yaşayış evlərini və hərbi binanı vurdu

Ukraynanın Kremençuk və Nikolayev şəhərləri yenidən Rusiya ordusunun dron hücumlarına məruz qalıb.

Musavat.com xəbər verir ki, hücumlar nəticəsində partlayışlar və yanğınlar baş verib.

Kremençuk şəhərində pilotsuz uçuş aparatı (PUA) hərbi komissarlığın binasına (TÇK) və yaşayış evinə düşüb. Poltava vilayət administrasiyasının məlumatına görə, zərbələr nəticəsində bir özəl yaşayış evi ciddi zərər görüb.

Nikolayevdə də vəziyyətin gərgin olduğu bildirilir. Yerli hakimiyyət orqanları dağıntıların dəqiq miqyasını müəyyənləşdirmək üçün hadisə yerində araşdırmalara başlayıb. Rəsmi itkilərlə bağlı məlumatlar hələ açıqlanmayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR