Onlayn ictimai-siyasi qəzet
Kreml Roman Starovoytun intiharı ilə bağlı sarsıntı yaşayır.
Musavat.com xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov keçmiş nəqliyyat nazirinin ölümü ilə bağlı açıqlama verib.
“Bu, normal insanları şoka salmaya bilməz. Təbii ki, bizi də şoka saldı. Hazırda istintaq gedir və bu istintaq bütün suallara cavab verməlidir”, – deyə Peskov bildirib.
Xatırladaq ki, Roman Starovoyt Rusiya hökumətində bir sıra mühüm vəzifələrdə çalışıb. Onun müəmmalı intiharı ölkə ictimaiyyətində və siyasi dairələrdə rezonans doğurub. Hazırda hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.
Musavat.com
08 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ