İnsanlara hürriyət, millətlərə istiqlal!

Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

Musavat.com agentliyə istinadən xəbər verir ki, xəbərdarlığa əsasən, iyulun 3-ü günün ikinci yarısından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi iyulun 6-sı gündüz saatlarına kimi davam edəcək.

Həmin günlər ərzində şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-28 m/s- dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün 3-4 m, sonrakı inkişafda isə 4-5 m. çatacağı proqnozlaşdırılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR