Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqının Ermənistandakı monitorinq missiyasının rəhbəri Markus Ritter və qurumun Ermənistandakı nümayəndəliyinin rəhbəri Andrea Viktorin Avropa Parlamentinin təhlükəsizlik və müdafiə üzrə alt komitəsinin sədri Natali Loiseau və komitənin nümayəndə heyəti ilə görüş keçirib.
Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir. Bildirilir ki, görüş Zəngəzur hava limanında baş tutub.
Məlumata görə, onlar Laçın yolunun Ermənistana keçən hissəsində planlı patrul üçün Aİ-nin Ermənistandakı missiyasına qoşulacaqlar. Bu barədə Aİ-nin Ermənistandakı missiyasının “Twitter” səhifəsində yayılan məlumatda da bildirilir.
Musavat.com
23 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ