Onlayn ictimai-siyasi qəzet
Moskva Səudiyyə Ərəbistanını Rusiya və ABŞ arasında yeni danışıqlar üçün platforma kimi nəzərdən keçirməyə hazırdır.
"Report" yerli KİV-lərinə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri (XİN) Sergey Lavrov Səudiyyə Ərəbistanının XİN başçısı Feysal ben Farhan Al Səud ilə danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.
"Biz bu platformanı fevralda etdiyimiz kimi nəzərdən keçirməyə hazırıq. O zaman ABŞ nümayəndə heyəti ilə görüş amerikalı həmkarlarımızın təklifi ilə baş tutmuşdu. Düşünürəm ki, həm biz, həm də amerikalılar özlərini son dərəcə rahat hiss edirdilər", - o vurğulayıb.
04 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ