Onlayn ictimai-siyasi qəzet
Lənkəran rayonunda balıqçını elektrik cərəyanı vuraraq öldürüb.
Hadisə rayonun Velədi kəndi ərazisində qeydə alınıb.
Məlumata görə, rayon sakini, 1966-cı il təvəllüdlü Əzizağa Şirəli oğlu Ağayev çayda balıq tutmaq istəyərkən qarmağı ərazidən keçən yüksək gərginlikli elektrik xətlərinə toxunub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.//Report
08 May 2025
07 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ