İnsanlara hürriyət, millətlərə istiqlal!

Levon Ter-Petrosyanla bağlı İLGİNC İDDİA

Erməni Milli Konqresi (EMK) sabiq prezident Levon Ter-Petrosyanın rəhbərliyi ilə Ermənistanın sabit sülhə və iqtisadi inkişafa nail olmağı hədəfləyən proqramı olan digər siyasi qüvvələrlə əməkdaşlığa hazırdır.

Musavat.com xəbər verir ki, bu barədə "Sputnik Ermənistan"a müsahibəsində EMK sədrinin müavini Levon Zurabyan bildirib.

O, seçkilərin rolunu nə az, nə çox qiymətləndirməmək lazım olduğunu vurğulasa da, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın seçkilərdə ciddi rol oynayacağını qeyd edib.

Zurabyan iddia edir ki, məhz onların siyasi gücü Ermənistana müstəqillik qazandırıb, ölkəyə 7 il rəhbərlik edib və sonrakı siyasi proseslərdə də mühüm rol oynayıb.

Onun sözlərinə görə, hazırda siyasi meydanda müstəqil şəkildə belə bir hərəkat yarada biləcək və inqilabi potensiala malik heç bir partiya və ya komanda yoxdur. O vurğulayıb ki, EMK əsas rola iddia etmir və digər siyasi qüvvələrlə əməkdaşlığa hazırdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR