Onlayn ictimai-siyasi qəzet
Bakının Xəzər rayonuna daxil olan Binə qəsəbəsində sürücülərin yol hərəkəti qaydalarını kobud şəkildə pozması ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Videogörüntüləri jurnalist Səid Qərib paylaşıb.
Kadrlar Əli İsazadə prospektində çəkilib, qəsəbənin əsas yollarından biri hesab olunan bu prospektdə sürücülərin əks istiqamətli yolda hərəkət etməsi açıq-aşkar müşahidə olunur.
Kadrlarda sürücülərin nə yol nişanlarına, nə də hərəkət qaydalarına məhəl qoymadan, özbaşına şəkildə idarəetmədə olduqları görünür. Bu cür davranışlar digər nəqliyyat vasitələri və piyadalar üçün ciddi təhlükə mənbəyinə çevrilir.
Məsələ ilə bağlı Bakı Şəhər DYP İdarəsindən Milli.Az-a bildirildi ki, paytaxtın Xəzər rayonu Binə qəsəbəsində sürücülərin əks istiqamətli hərəkət yoluna çıxaraq nəqliyyat axınına qarşı hərəkət etməsini əks etdirən videogörüntü ilə bağlı Xəzər RPİ-nin DYP Şöbədində araşdırma aparılır:
"Yol hərəkəti qaydasını kobud şəkildə pozan və digər nəqliyyat vasitələrinə təhlükə yaradan sürücülər müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlər görülür".
26 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ