İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO Rusiya dronlarını buna görə vurmur - Baş katib sirri açdı

Qərb ölkələri öz hava məkanına daxil olan pilotsuz uçuş aparatlarını (PUA) məhv etmək üçün bahalı raketlərdən istifadə edə bilməzlər.

Musavat.com xəbər verir ki, bu barədə “Bloomberg” nəşrinə açıqlamasında NATO-nun baş katibi Mark Rütte bildirib.

Rüttenin sözlərinə görə, “dəyəri 1–2 min dollar olan dronları 500 min və ya 1 milyon dollar dəyərindəki raketlərlə vurmaq məntiqsizdir”. O əlavə edib ki, alyans yaxın həftələrdə istifadəyə veriləcək yeni PUA əleyhinə müdafiə sistemləri üzərində çalışır.

Bu açıqlama ilə NATO-nun Avropa səmalarına sızan rus dronlarını niyə vurmadığına dair uzun müddətdir səslənən suallara da aydınlıq gəlir. Alyans ucuz qiymətə – 1000–1500 dollara istehsal olunan İran mənşəli kəşfiyyat dronlarını və ya kiçik raket daşıyan döyüş PUA-larını vurmaq üçün 200 min dollardan yarım milyon dollara qədər dəyəri olan “Patriot” və digər hava hücumundan müdafiə sistemlərindən istifadə etməyin iqtisadi baxımdan sərfəli olmadığını hesab edir.

Beləliklə, NATO bəzi hallarda məcburiyyət qarşısında təhlükəni izləməklə kifayətlənir və dözümlü davranır. Analitiklərin fikrincə, Rusiya bu vəziyyətdən istifadə edərək alyansın “əsəbləri ilə oynayır” və son günlərdə Danimarka, Almaniya, Rumıniya, Polşa, Finlandiya və İsveç sərhədlərində "PUA oynadır".

Hazırda məlum olan yeganə istisna Polşa hadisəsidir – orada hava məkanını pozan 19 dron vurulub. Digər hallarda isə NATO qüvvələri bu ucuz pilotsuz aparatlara qarşı təmkinli və qənaətcil taktika seçiblər.

Musavat.com-a görə, Rüttenin açıqlaması ilə alyansın sanki sirr kimi qalan strategiyası aydınlaşıb: əsas səbəb bahalı raketlərlə ucuz dronları vurmağın iqtisadi baxımdan məqsədəuyğun olmamasıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR