Onlayn ictimai-siyasi qəzet
Paytaxtın Xəzər rayonunda evdə yanğın olub.
Musavat.com xəbər verir ki, bununla bağlı Fövqalədə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, ümumi sahəsi 200 m² olan 2 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 30 m² sahədə, 1 ədəd kombi aparatı və 1 ədəd kondisioner yanıb.
Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
26 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ