Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniyanın Baş naziri Kir Starmerin əmlakına may ayında edilən hücumlarla bağlı Londonda daha bir şəxs saxlanılıb.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı Gordonua.com yayıb.
48 yaşlı şübhəli şəxs Londonun Stensted hava limanında tutulub və hazırda polis bölməsində nəzarət altındadır. Hüquq-mühafizə orqanlarının məlumatına görə, o, insanların həyatına təhlükə yaratmaq məqsədilə qəsdən yanğın törətmək üçün qurulan sui-qəsddə iştirak etməkdə ittiham olunur.
Polis bildirib ki, daha əvvəl saxlanılan üç nəfər — Roman Lavrinoviç, Stanislav Karpyuk və Pyotr Poçinok — 6 iyun tarixində məhkəmə qarşısına çıxarılacaq.
Musavat.com
04 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ