İnsanlara hürriyət, millətlərə istiqlal!

Matviyenkonun çıxışı zamanı iştirakçılar zalı tərk etdilər

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun çıxışı zamanı iştirakçılar zalı tərk ediblər.

Musavat.com “Qordon” telegram kanalına istinadən xəbər verir ki, Ukrayna Ali Radasının vitse-spikeri Yelena Kondratyuk bununla bağlı görüntüləri özünün feysbuk səhifəsində yayımlayıb.

Kondratyuk hazırda Cenevrədə keçirilən Parlament Sədrlərinin Ümumdünya Konfransında Ukraynanı təmsil edir. Daha əvvəl o, həmkarlarına çağırış edərək Valentina Matviyenkonun çıxışını boykot etməyə səsləyib.

“Mən tərəfdaşlarımız və həmkarlarımızla qürur duyuram! Bu, təcavüzkara qarşı atılmış demarşdır, bu, Ukrayna xalqına dəstəkdir! Hamınıza səmimi təşəkkür edirəm – gözlərim doldu, bu qədər insanın bizi dəstəklədiyini görmək inanılmazdır!”, - deyə Yelena Kondratyuk bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR