İnsanlara hürriyət, millətlərə istiqlal!

Medinski İstanbulda Rusiya-Ukrayna danışıqları çərçivəsində əlavə təmaslar keçirəcək 

Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bu gün İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqları çərçivəsində əlavə görüşlər və təmaslar keçirməyi planlaşdırır.

Musavat.com-un xəbərinə görə, bu barədə TASS agentliyinə istinadən diplomatik mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, Medinskinin “danışıqların kənarında bir sıra təmaslar keçirməsi gözlənilir”. Təmasların dəqiq məzmunu və tərəfləri barədə açıqlama verilməyib.

Eyni zamanda, danışıqların nə qədər davam edəcəyi də hələlik məlum deyil. Ankaradakı diplomatik mənbə qeyd edib ki, danışıqlar əvvəlki raundlarda olduğu kimi uzana da bilər, daha qısa da ola bilər.

Qeyd edək ki, görüş İstanbulun Çırağan sarayında keçirilir və ona Türkiyənin xarici işlər naziri Hakan Fidan sədrlik edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2025

03 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR